• Təqvim

  • Maraq



BDU-nun Qazax filialının tələbələri respublika turunda iştirak edəcəkdir


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqəsi festivalı keçirilir. Müsabiqənin birinci mərhələsi Bakı Dövlət Universitetinin Qazax filialında keçirilib. Tələbələrdən Asif Şirinov, Xaqan Qurbanov, Şəbnəm Əkbərova, Qənirə Musayeva və Natiq Şahüseynov ayrı-ayrı nominasiyalar üzrə qalib olaraq ikinci turda iştirak etmək hüququ qazanıblar.

Festivalın Gəncə şəhərində keçirilən II mərhələsində ilk mərhələnin qalibləri olan  tələbələr iştirak ediblər. Gənclər respublikanın Xalq artisti Mübariz Tağıyev, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu və tanınmış müğənni Samir Nəcəflinin üzv olduqları münsiflər heyətinin qarşısında öz istedadlarını yüksək səviyyədə nümayiş etdiriblər. Filialın Azərbaycan dili və ədəbiyyatı ixtisasının IV və I kurs tələbələri - Qənirə Musayeva və Natiq Şahüseynov həmyaşıdları arasında fərqlənərək yaradıcılıq müsabiqəsi festivalının Bakıda keçiriləcək respublika turunda iştirak etmək hüququ qazanıblar.

 

BDU-nun Qazax filialının Mətbuat Xidməti



Facebook-da paylaş