BDU-nun Qazax filialının tələbələri müsabiqədə fərqlənib
Bakı Dövlət Universitetinin Qazax filialında yazı müsabiqəsi keçirilib. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi tərəfindən keçirilən müsabiqədə tələbələr fəal iştirak edib.
“Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi çərçivəsində keçirilən yazı müsabiqəsinə qatılan 60 tələbədən 3 nəfəri fərqlənib.
Müsabiqədə ilk üç yeri tutan tələbələr Diplomlar, Xocalı soyqırımına aid disklər və kitablarla mükafatlandırılıb. Eyni zamanda 10 nəfər tələbəyə isə Fərqlənmə Diplomları verilib.
Diplomları Birliyin sədri Radə Abbas təqdim edib.

GOYEZEN.AZ
Facebook-da paylaş