• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqə keçirilib


May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bununla əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialına Respublika Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə” 31 yanvar 2022-ci il tarixli 2 nömrəli qərarı daxil olumuşdur. Həmin qərara uyğun olaraq BDU Qazax filialının direktoru Arif Rüstəmovun tapşırığı ilə filialda yaradıcılıq müsabiqəsinin təşkilat komitəsi və mütəxəssislərdən ibarət münsiflər heyəti yaradılıb.

Müvafiq qərara əsasən filialda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsi keçirilib. Onlarla istedadlı tələbə şeir, musiqi, bədii qiraət və rəsm üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

İştirakçıların çıxışlarını dinlədikdən sonra münsiflər heyəti 4 nominasiya üzrə qalibləri müəyyən edib. Münsiflər heyətinin qərarına əsasən filialın tələbəsi Allahverdi Süleymanov özü şeir yazan nominasiyasında 1-ci olub. Aqil Salahov və Elnur Bayramov isə sonrakı yerləri bölüşüblər. Bədii qiraət nominasiyasında Qənirə Musayevanın çıxışı yüksək qiymətləndirilib. Jalə Mirzəyeva ilə Lətifə Məmmədzadə isə 2-ci və 3-cü olublar. Musiqi yarışmasında Xaqan Qurbanov öz yaşıdlarından fərqlənərək birinciliyi qazanıb. Asif Şirinov və Şəbnəm Əkbərova isə sonrakı yerlərlə kifayətləniblər. Natiq Şahhüseynovun sazda ifa etdiyi havalar yüksək qiymətləndirilib. Rəsm nominasiyasında iştirak edən Şəfəq Böyükkişiyeva 1-ci, Güllü Allahverənova isə 2-ci olub.

Onu da qeyd edək ki, filialda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsinin qalibləri yaxın günlərdə Gəncədə keçiriləcək müsabiqədə iştirak edəcəkdir.










 

BDU Qazax filialının Mətbuat Mərkəzi



Facebook-da paylaş