Səmimiyyət və mərhəmətin gerçək əməlləri “Mehriban ömrün işığında”
Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır. Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Mehriban xanım Əliyeva da məhz belə nəcib şəxsiyyətlərdən biri kimi milyonların qəlbini rəğbətlə qazanmış, özünə yer tapmışdır.
Xalq üçün çalışmaq, ömrünü həsr etmək, insanlara səmimi xidmət etmək istəyi
Mehriban xanımın iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və
məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan şəxsiyyətlər həm
də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi şərəf zirvəsinə ucalmışlar.
Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu
şəxsiyyətlərin fəaliyyət ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır.
Bir sözlə, əsl insan ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından
geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət
üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır. Mənəvi
meyarların yad təsirlərə məruz qaldığı hazırkı "sürət əsrində" həyat idealı,
şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə
fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq
görünür.
Mehriban xanımın istər siyasi, istərsə də ictimai fəaliyyətinin hər bir
səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət
imicini tamamlayır. Beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və
yorulmaz fəaliyyəti ilə elmin, mədəniyyətin dinamik inkişafına qayğısını
əsirgəməyən Mehriban xanım Əliyeva zamandan bir addım öndə irəliləyən
şəxsiyyətlərdəndir.
Əsl vətənpərvər üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun
aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından
ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş
etdirməsidir. Mehriban xanım Əliyeva milli ideallara bağlı vətənpərvər
ictimai-siyasi xadim kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan
fəaliyyət göstərir, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda
olur. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal
layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada
tanınmasına və təbliğinə nail olur. Bu qədər gərgin işlə məşğul olmasına
baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara
yönəldir. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və
xəstə uşaqlara, şəhid ailələrinə xüsusi diqqət yetirir, onların problemlərinin
həllinə kömək edir.
Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilmiş, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun
Prezidenti Mehriban Əliyeva Azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə
ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman
sahələrinin inkişafına əhəmiyyətli töhfə vermiş, məhz onun təşəbbüsü ilə
keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin
ictimai şüurda möhkəmlənməsinə xidmət edir.
Mehriban Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və
dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır. Onun
humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda,
həm də digər ölkələrdə yaşayan qadınlar üçün əsl örnək kimi çıxış etməklə
yanaşı, bu gün Azərbaycan Respublikasında siyasətin prioritet istiqamətlərindən
biri olan qadınların cəmiyyətdə rolunun, habelə dövlət və ictimai sektorda
fəallığının artırılmasının təşviq olunmasına xidmət edir.
Mehriban xanım Əliyeva bütün varlığı və ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur.
Mehriban xanım hər şeydən əvvəl olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin, mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər də gələcək nəsillər üçün Vətənə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və ömrünü şərəflə yaşayan şəxsiyyətlərdəndir.
Vətənimizin, xalqımızın, hətta dünyamızın rifahı üçün gecə-gündüz əzmlə çalışan Mehriban xanım Əliyevaya bu şərəfli fəaliyyətində dəstək və dayaqıq!
Riyad Arif oğlu RÜSTƏMLİ,
Azərbaycan Dövlət Pedaqoji Universitetin rektor köməkçisi
Facebook-da paylaş