• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında məlumatlandırma sessiyası keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında Regional İnkişaf İctimai Birliyi (RİİB) məlumatlandırma sessiyası keçirib.

Filialın akt zalında təşkil olunmuş sessiyada filialın tələbələri və Qazax Dövlət Sosial-İqtisad Kollecindən olan gənclər iştirak edib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq sessiyanın işinə uğurlar arzulayıb.

Regional İnkişaf İctimai Birliyinin Gəncə-Qazax regionu üzrə əməkdaşı Aydın Budaqov çıxış edərək Heydər Əliyev Fondu tərəfindən yaradılmış RİİB haqqında məlumat verib. A.Budaqov keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tələbələri birliyin işində fəal iştirak etməyə çağırıb.


RİİB-nin könüllü kuratoru, filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova tədbirdə çıxış edərək RİİB-nin fəaliyyət göstərdiyi 3 istiqamət – İctimai nəzarət, könüllü proqramları, layihələr və tədbirlər haqqında danışıb, könüllü necə olmalıdır, könüllüllər akademiyası barədə iştirakçılara məlumat verib.  

Tədbirdə hesabat və könüllülərdən ibarət hazırlanan Himn barədə videoçarxlar nümayiş etdirilib.

Sonda birliyə üzv olmaq istəyən gənclərə anketlər verilib və onlardan fərdi qaydada müsahibələr götürülüb.

BDU Qazax filialının Mətbuat Xidməti



Facebook-da paylaş