• Təqvim

  • Unutma

  • Maraq



Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, avqustun 10-da saat 23:59-da ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi yekunlaşıb. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçiriblər.

Nəticələr yaxın günlərdə açıqlanacaq.


Facebook-da paylaş