Qazaxda “44 gündə qazanılan tarixi Zəfər” adlı inşa yazı, məqalə, esse və şeir müsabiqəsi elan olunur
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Təhsil Şöbəsinin, Bakı
Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin birgə təşkilatçılığı ilə Qazaxda 8 Noyabr - Zəfər Günü ərəfəsində
gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə
"44 gündə qazanılan tarixi Zəfər” adlı
rayon üzrə inşa yazı, məqalə, esse və şeir müsabiqəsi
elan olunur
- Müsabiqə inşa yazı, məqalə, esse və şeir nominasiyaları
üzrə keçirilir;
- İnşa yazılar, məqalələr, esselər aidiyyatı üzrə
Qazax Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yazılı şəkildə təqdim olunmalıdır;
- Şeir söyləmək istəyən şəxslər aidiyyatı üzrə Qazax
Rayon Təhsil Şöbəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına və Qazax
Dövlət Sosial-İqtisadi Kollecinə müraciət etməlidir;
- İnşa yazıların, məqalələrin, esselərin qəbulu və şeirlərin
təqdimatı 2021-ci il oktyabr ayının 25-dək aparılacaq;
- Məktəblilər arasında inşa yazı müsabiqəsi 9-11-ci
siniflər, şeir müsabiqəsi 1-11-ci siniflər üzrə keçiriləcək;
- Ali və orta ixtisas təhsil müəssisələri üzrə keçirilən
məqalə, esse və şeir müsabiqələrində bütün fakültə və kursların tələbələri iştirak
edə bilərlər;
- İnşa yazılar, məqalələr, esselər, şeirlər 44 günlük
Vətən müharibəsinə həsr olunmalıdır;
- Müsabiqənin qalibləri Diplom və mükafatla təltif
olunacaq.
Əlavə məlumat üçün adları qeyd olunan təşkilatlara müraciət
edə bilərsiniz.
Əlaqə telefonları:
Qazax Rayon Təhsil Şöbəsi: (02229) 5-12-29
Bakı Dövlət Universitetinin Qazax filialı:
(02229) 5-26-02
Qazax Dövlət Sosial-İqtisadi Kolleci: (022 29) 5-61-17
Facebook-da paylaş