• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Qanları ilə dastan yazanlar” adlı rəsm və əl işi müsabiqəsi elan olunur


Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyası və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qazaxda 8 Noyabr - Zəfər Günü ərəfəsində gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə

"Qanları ilə dastan yazanlar” adlı

rayon üzrə rəsm və əl işi müsabiqəsi elan olunur

Rəsm və əl işlərini ölçüsü və texnikası qeyd olunmaqla Qazax Dövlət Rəsm Qalereyasına təhvil verməyiniz tələb olunur.

- Müsabiqə rəsm və əl işi nominasiyaları üzrə keçirilir;

- Rəsm və əl işlərinin qəbulu 2021-ci il oktyabr ayının 31-dək aparılacaq;

- Seçim iki yaş kateqoriyası - 10-17 yaş arası və 17 yaşdan yuxarı üzrə keçiriləcək;

- Rəsmlər və əl işləri Qazax rayonundan olan Vətən müharibəsi şəhidlərinin portretləri olmalıdır;

- Seçim zamanı müəllifin yaşı və portretin bənzərliyi əsas götürüləcək;

- Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplom və mükafatla təltif olunacaq.

Əlavə məlumat üçün Qazax Dövlət Rəsm Qalereyasına müraciət edə bilərsiniz.

Əlaqə telefonu: (02229) 5-10-15

GOYEZEN.AZ


Facebook-da paylaş