Qazax məktəblərində “Son zəng” çalınıb
İyunun 14-də respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunun məktəblərində də "Son zəng” çalınıb. Bu il rayonun
39 ümumtəhsil məktəbində keçirilən "Son zəng” tədbirləriAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi
karantin rejimi qaydalarına və tələblərinə uyğun olaraq təşkil edilib. 2020/2021-ci
tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 39 ümumtəhsil məktəbindən
718 nəfər 11-ci sinfi bitirərək məzun adını alıb. Bu il 9-cu sinfi bitirən şagirdlərin
sayı isə 1063 nəfərdir. Azərbaycan
Respublikası Təhsil Nazirinin 11 iyun 2021-ci il tarixli 02-14-482/13 nömrəliəmrinə əsasən məktəblərdə təşkil edilən tədbirlərdəAzərbaycan
Respublikasının Dövlət Himni səsləndikdən sonra təhsil sahəsində qazanılan
uğurlardan söhbət açılıb. Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezdenti Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət
və qayğıdan danışılıb. Son illər bu sahəyə olan qayğı nəticəsində
respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunduğu
diqqətə çatdırılıb. Rayon üzrə keçirilən tədbirlərdə
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları iştirak
edərək məzunları təbrik edib, yenicə qədəm qoyduqları həyatda uğur
qazanmalarını arzulayıblar. Bu gün məzunlar nümunəvi addımları ilə də seçiliblər.
Məzun adını qazanan gənclər Vətən uğrunda canından keçən şəhidlərimizin
məzarlarını ziyarət edib, şəhidlərimizə olan hörmət və ehtiramlarını da bildiriblər.
Məktəblərdə onbirincilərin hazırladıqları
kompozisiyalar, birincilərin ifasında Vətənə, Anaya, şəhidlərimizə,
məktəbə, "Son zəng”ə həsr olunmuş şeirlər və mahnılar alqışlarla qarşılanıb. Sonda
bütün məktəblərdə "Son zəng” çalınıb.
GOYEZEN.AZ
Facebook-da paylaş