Qazax məktəblərində “Son zəng” çalınıb
Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunun məktəblərində də "Son zəng” çalınıb. Bu il rayonun 40 ümumtəhsil məktəbində keçirilən "Son
zəng” tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 7 iyun 2019-cu
il F-350 nömrəli əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil
edilib. 2018/2019-cu tədris
ilində Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 702
nəfər XI sinfi bitirərək məzun adını alıb. Bu il IX sinfi bitirən şagirdlərin
sayı isə 980 nəfərdir. Rayon üzrə keçirilən bütün
tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak
edərək icra başçısı Rəcəb Babaşovun səmimi təbriklərini çatdırıblar. Məzunları
təbrik edib, yenicə qədəm qoyduqları həyatda uğur qazanmalarını arzulayıblar. Bütün məktəblərdə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndikdən sonra təhsil sahəsində qazanılan
uğurlardan söhbət açılıb. Respublika Prezidenti İlham Əliyev, Azərbaycan
Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyeva tərəfindən
təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Son illər bu sahəyə
olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb
binalarının inşa olunduğu diqqətə çatdırılıb. Onbirincilərin
hazırladıqları kompozisiyalar, birincilərin ifasında Vətənə, Anaya,
məktəbə, "Son zəng”ə həsr olunmuş şeirlər və mahnılar alqışlarla qarşılanıb. Sonda
bütün məktəblərdə "Son zəng” çalınıb.
GOYEZEN.AZ
Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəb


Səməd Vurğun adına şəhər 2 saylı tam orta məktəb











İsmət Qayıbov adına şəhər 3 saylı tam orta məktəb

Firuddin Şamoyev adına şəhər 4 saylı tam orta məktəb


Namiq Vəliyev adına şəhər 5 saylı tam orta məktəb













Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəb







Qazax rayon Canalı kənd tam orta məktəb


Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəb


İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb



Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəb
















Facebook-da paylaş















