Əsas Səhifə > Təhsil > Qazax məktəblərində “Son zəng” çalınıb
Qazax məktəblərində “Son zəng” çalınıb14-06-2019, 20:36 |
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun məktəblərində də "Son zəng” çalınıb. Bu il rayonun 40 ümumtəhsil məktəbində keçirilən "Son zəng” tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 7 iyun 2019-cu il F-350 nömrəli əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilib. 2018/2019-cu tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 702 nəfər XI sinfi bitirərək məzun adını alıb. Bu il IX sinfi bitirən şagirdlərin sayı isə 980 nəfərdir. Rayon üzrə keçirilən bütün tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak edərək icra başçısı Rəcəb Babaşovun səmimi təbriklərini çatdırıblar. Məzunları təbrik edib, yenicə qədəm qoyduqları həyatda uğur qazanmalarını arzulayıblar. Bütün məktəblərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra təhsil sahəsində qazanılan uğurlardan söhbət açılıb. Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Son illər bu sahəyə olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunduğu diqqətə çatdırılıb. Onbirincilərin hazırladıqları kompozisiyalar, birincilərin ifasında Vətənə, Anaya, məktəbə, "Son zəng”ə həsr olunmuş şeirlər və mahnılar alqışlarla qarşılanıb. Sonda bütün məktəblərdə "Son zəng” çalınıb. Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbSəməd Vurğun adına şəhər 2 saylı tam orta məktəbİsmət Qayıbov adına şəhər 3 saylı tam orta məktəbFiruddin Şamoyev adına şəhər 4 saylı tam orta məktəbNamiq Vəliyev adına şəhər 5 saylı tam orta məktəbQaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbQazax rayon Canalı kənd tam orta məktəbAlı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbİsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbAraz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəb
GOYEZEN.AZ Geri qayıt |