Əsas Səhifə > Təhsil > Qazax məktəblərində “Son zəng” çalınıb

Qazax məktəblərində “Son zəng” çalınıb


14-06-2021, 12:44


İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun məktəblərində də "Son zəng” çalınıb. Bu il rayonun 39 ümumtəhsil məktəbində keçirilən "Son zəng” tədbirləriAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına və tələblərinə uyğun olaraq təşkil edilib. 

2020/2021-ci tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 39 ümumtəhsil məktəbindən 718 nəfər 11-ci sinfi bitirərək məzun adını alıb. Bu il 9-cu sinfi bitirən şagirdlərin sayı isə 1063 nəfərdir. 

Azərbaycan Respublikası Təhsil Nazirinin 11 iyun 2021-ci il tarixli 02-14-482/13 nömrəliəmrinə əsasən məktəblərdə təşkil edilən tədbirlərdəAzərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra təhsil sahəsində qazanılan uğurlardan söhbət açılıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezdenti Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Son illər bu sahəyə olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunduğu diqqətə çatdırılıb.

Rayon üzrə keçirilən tədbirlərdə Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları iştirak edərək məzunları təbrik edib, yenicə qədəm qoyduqları həyatda uğur qazanmalarını arzulayıblar.

Bu gün məzunlar nümunəvi addımları ilə də seçiliblər. Məzun adını qazanan gənclər Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, şəhidlərimizə olan hörmət və ehtiramlarını da bildiriblər.





Məktəblərdə onbirincilərin hazırladıqları kompozisiyalar, birincilərin ifasında Vətənə, Anaya, şəhidlərimizə, məktəbə, "Son zəng”ə həsr olunmuş şeirlər və mahnılar alqışlarla qarşılanıb. Sonda bütün məktəblərdə "Son zəng” çalınıb.








 

GOYEZEN.AZ


Geri qayıt