“İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi-praktik Konfransın materialları çapdan çıxıb
"İŞĞALA SON:
İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi-praktik Konfransın
materialları kitab şəklində çap olunub. Kitabda Bakı Dövlət Universitetinin
Qazax filialının 25 noyabr 2020-ci ildə Qazax şəhərində onlayn keçirilən
Qarabağ Azərbaycandır! "İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ
ASPEKTLƏR” mövzusunda Elmi praktik Konfransın materialları toplanıb. BDU-nun Qazax
filialının direktorluğunun 05.01.2021-ci il tarixli 01 saylı iclasının qərarı
ilə çap olunmuş kitab Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası
uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə ithaf
olunub.
Kitab BDU-nun Qazax
filialının direktoru, fəlsəfə doktoru, dosent Arif Rüstəmovun salamlama nitqi
ilə başlanıb. Qarabağ münaqişəsinin başa çatmasına görə Ali Baş Komandan cənab
İlham Əliyevə ən səmimi minnətdarlığını bildirən müəllif münaqişə başa
çatdıqdan sonra Azərbaycanın yeni bir tarixi mərhələyə qədəm qoyduğunu, ölkənin
ictimai həyatının bütün sahələrində yeni bir səhifə açıldığını bildirib. Qeyd
edib ki, işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi, iqtisadiyyatın bərpası
və inkişafı, bütün infrastrukturun yenidən qurulması, kommunikasiya əlaqələrinin
yaradılması, tarixi mədəni abidələrimizin bərpası gündəmdədir və bir sıra
istiqamətlər üzrə işlərə artıq başlanılıb. Kitabda Bakı Dövlət Universitetinin,
BDU-nun Qazax filialının, Gəncə Dövlət Universitetinin, AMEA Folklor
İnstitutunun müəllimlərinin və əməkdaşlarının, BDU Qazax filialının
magistrlarının çıxışlarının materialları verilmişdir.
Onu da qeyd edək
ki, yeni kitab BDU-nun Qazax filialının ikinci təşəbbüsüdür. Filialın təşəbbüsü
ilə "Azərbaycan elminin və təhsilinin müasir problemləri”
mövzusunda beynəlxalq elmi konfransın materialları 2019-cu ildə nəşr edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş