Əsas Səhifə > Təhsil > “İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi-praktik Konfransın materialları çapdan çıxıb

“İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi-praktik Konfransın materialları çapdan çıxıb


31-05-2021, 17:33


"İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi-praktik Konfransın materialları kitab şəklində çap olunub. Kitabda Bakı Dövlət Universitetinin Qazax filialının 25 noyabr 2020-ci ildə Qazax şəhərində onlayn keçirilən Qarabağ Azərbaycandır! "İŞĞALA SON: İCTİMAİ-SİYASİ və SOSİAL-İQTİSADİ ASPEKTLƏR” mövzusunda Elmi praktik Konfransın materialları toplanıb. BDU-nun Qazax filialının direktorluğunun 05.01.2021-ci il tarixli 01 saylı iclasının qərarı ilə çap olunmuş kitab Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə ithaf olunub.

Kitab BDU-nun Qazax filialının direktoru, fəlsəfə doktoru, dosent Arif Rüstəmovun salamlama nitqi ilə başlanıb. Qarabağ münaqişəsinin başa çatmasına görə Ali Baş Komandan cənab İlham Əliyevə ən səmimi minnətdarlığını bildirən müəllif münaqişə başa çatdıqdan sonra Azərbaycanın yeni bir tarixi mərhələyə qədəm qoyduğunu, ölkənin ictimai həyatının bütün sahələrində yeni bir səhifə açıldığını bildirib. Qeyd edib ki, işğaldan azad edilmiş bölgələrin dirçəldilməsi, iqtisadiyyatın bərpası və inkişafı, bütün infrastrukturun yenidən qurulması, kommunikasiya əlaqələrinin yaradılması, tarixi mədəni abidələrimizin bərpası gündəmdədir və bir sıra istiqamətlər üzrə işlərə artıq başlanılıb. Kitabda Bakı Dövlət Universitetinin, BDU-nun Qazax filialının, Gəncə Dövlət Universitetinin, AMEA Folklor İnstitutunun müəllimlərinin və əməkdaşlarının, BDU Qazax filialının magistrlarının çıxışlarının materialları verilmişdir.

Onu da qeyd edək ki, yeni kitab BDU-nun Qazax filialının ikinci təşəbbüsüdür. Filialın təşəbbüsü ilə "Azərbaycan elminin və təhsilinin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları 2019-cu ildə nəşr edilib.

GOYEZEN.AZ


Geri qayıt