Həmyerlimiz Hamlet İlyasovu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı alması münasibətilə təbrik edirik
İlyasov Hamlet Vəli oğlu 12 fevral 1968-ci illdə Qazax şəhərində
anadan olub. Məktəb illərində Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin nəzdində sərbəst
güləş bölməsində məşq edib. Dəfələrlə Respublika və İttifaq yarışlarının qalibi
və mükafatçısı olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını
bitirərək məşqçi-müəllim ixtisasına yiyələnib. 1991-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialına bədən
tərbiyə müəllimi kimi işə qəbul olub. Həmin tarixdən bu günə kimi ali təhsil müəssisəsində
müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Qazax
filialında "Pedaqoji fənlər” kafedrasının müdiri və pedaqoji fakültənin dekanı
vəzifəsində çalışır. Pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 5 mart 2021-ci il
tarixli S-01 saylı qərarı ilə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri
adı verilib. Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi və rayon
ictimaiyyəti adından Hamlet müəllimi fəxri ada layiq görülməsi münasibətilə təbrik
edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. GOYEZEN.AZ
Facebook-da paylaş