Əsas Səhifə > Təhsil > Həmyerlimiz Hamlet İlyasovu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı alması münasibətilə təbrik edirik

Həmyerlimiz Hamlet İlyasovu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı alması münasibətilə təbrik edirik


17-03-2021, 12:55


İlyasov Hamlet Vəli oğlu 12 fevral 1968-ci illdə Qazax şəhərində anadan olub. Məktəb illərində Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin nəzdində sərbəst güləş bölməsində məşq edib. Dəfələrlə Respublika və İttifaq yarışlarının qalibi və mükafatçısı olub.

1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirərək məşqçi-müəllim ixtisasına yiyələnib.

1991-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialına bədən tərbiyə müəllimi kimi işə qəbul olub. Həmin tarixdən bu günə kimi ali təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Qazax filialında "Pedaqoji fənlər” kafedrasının müdiri və pedaqoji fakültənin dekanı vəzifəsində çalışır. Pedaqogika üzrə fəlsəfə doktorudur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 5 mart 2021-ci il tarixli S-01 saylı qərarı ilə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı verilib.

Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi və rayon ictimaiyyəti adından Hamlet müəllimi fəxri ada layiq görülməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

GOYEZEN.AZ


Geri qayıt