Qazaxda “Ailə könüllüləri” layihəsində nümunəvi iştirakına görə fərqlənən Məmmədovlar ailəsinə Təşəkkürnamə təqdim olunub
Məlum olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə cari ilin aprel ayından başlayaraq
"Ailə könüllüləri” layihəsi həyata keçirilir. 2020-ci ildə bu proses daha da genişlənmiş,
müxtəlif şəhər və rayonlarımızı təmsil edən onlarla ailə Təşkilat Komitəsi tərəfindən seçilərək layihəyə
qoşulmuşdur. Layihəyə qatılan həmin ailələr milli-mənəvi dəyərlərimizin,
sağlam həyat tərzinin, eləcə də öz uğurlu həyat hekayələri ilə möhkəm ailə
modelinin təbliğinə töhfələrini verirlər. Koronavirus (COVID-19) pandemiyası
ilə mübarizədə, o cümlədən böyük Zəfərlə başa çatan Vətən müharibəsi zamanı
zərərçəkmiş şəxslərə, onların ailələrinə maddi və psixo-sosial yardımın
göstərilməsi sahəsində Komitənin təşkil etdiyi dəstək kampaniyalarında şəxsi
təşəbbüsləri ilə yaxından iştirak edirlər. Rayonda sayılıb-seçilən nümunəvi ailələrdən
olan Qazax Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədovun ailəsi Qazax
rayonundan qoşulan ailələr arasında xüsusi aktivlik nümayiş etdirərək fərqlənib. Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova layihədə nümunəvi
iştirakına görə fərqlənmiş və "Təşəkkürnamə”yə layiq görülmüş Məmmədovlar ailəsini
qəbul edib, rayon rəhbərliyinin adından səmimi təbriklərini çatdırıb. Nümunəvi
addımları ilə digər ailələr üçün örnək olduqlarını qeyd edib. Məmmədovlar ailəsinin nümayəndəsi Səməd
Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin musiqi müəllimi Gülnar
Məmmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
təşkilatçılığı ilə reallaşan layihəni yüksək qiymətləndirib. Milli-mənəvi
dəyərlərimizi özündə əks etdirən layihədə iştirak etmələri üçün yaradılan
şəraitə və "Təşəkkürnamə”yə layiq görüldüklərinə görə Komitənin sədri Bahar
Muradovaya, eləcə də əməkdaşlarına ailəsi adından minnətdarlığını bildirib.
Nümunəvi ailələrin üzə çıxarılmasında bu cür layihələrin böyük rol oynadığını
və ailələr üçün geniş imkanlar yaratdığını vurğulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş