• Təqvim

  • Maraq



6 yaşlı qazaxlı məktəblidən: “Əziz Prezidentim, mən Sizi çox sevirəm”


Sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərb tarixinə qələbələrlə dolu günlər yazılır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun yazdığı yeni salnamə hər kəsin ürəyini dağa döndərir, qəlbini fərəh hissi ilə döyündürür. Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr hər kəsin böyük sevincinə səbəb olur. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq da, Ali Baş Komandanın "İrəli!” əmrinə hazır olan gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” deyir. Uşaqdan tutmuş böyüyünə kimi hər bir Azərbaycan vətəndaşı öz ürək sözlərini, səmimi arzularını, təbriklərini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə çatdırmaqla Onun və Azərbaycan Ordusunun yanında olduqlarını, birlik, həmrəylik nümayiş etdirdiklərini bildirirlər. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanacağı günü böyük səbirsizliklə gözlədiklərini qeyd edirlər. Bunu ölkə başçısına yazılan saysız-hesabsız məktublardan da aydın şəkildə görmək olur.

Qazax şəhəri, Nəsrəddin Tusi küçəsində yaşayan 6 yaşlı Qazıyeva Səkinə Azər qızı da kiçik qəlbində Ali Baş Komandana bəslədiyi böyük sevgisini yazdığı məktubda çatdırıb. Səmimi ürək sözlərini qələmin dili ilə çatdıran Səkinə balamız İlham babasını çox sevdiyini qeyd edib.

Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Səkinə Qazıyevanın səmimi ürək sözlərini özündə əks etdirən həmin məktubunu sizlərə təqdim edirik: 

"Mənim əziz Prezidentim.

Mənim 6 yaşım var. Hələ yaxşı yaza bilmirəm. Bu məktubu yazmaqda mənə atam kömək etmişdir.

Mən Sizi çox istəyirəm. Dərs kitablarımda Heydər babanın şəkli var. Mən onu da çox sevirəm. Mənim dayım hərbçidir. Ona demişəm ki, avtomatla erməniləri öldürsün. Çünki, onlar bizim uşaqları qətlə yetirirlər.

Əziz Prezidentim, bir gün Siz Qazaxa gələndə bizə qonaq gələrsiniz. Mən Sizə çay gətirərəm, şeir deyərəm. Mən Sizi çox sevirəm.

Hörmətlə,

Səkinə Qazıyeva

Azərbaycan Respublikası, Qazax şəhəri”.



Facebook-da paylaş