BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Bakı
Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib. Heydər Əliyev auditoriyasında
keçirilən tədbiri filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent
Məmməd Yusifov giriş sözü ilə açaraq XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların,
zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına
əbədi həkk edildiyini bildirib. Sonra tədbir iştirakçıları 20
Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə qısametrajlı film
nümayiş olunub. BDU-nun nümayəndəsi, dosent
Arif Rüstəmov tədbirdə çıxış edərək 20 Yanvar faciəsini müstəqil Azərbaycanın
tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi
qiymətləndirib.
Filialın baş müəllimi Mübariz
Süleymanov öz məruzəsində qan yaddaşımıza çevrilmiş 20 Yanvar faciəsi barədə ətraflı
söz açaraq bu qanlı hadisənin xalqımızı azadlıq mübarizəsindən döndərə
bilmədiyini, əksinə müstəqillik arzularını daha da qüvvətləndirdiyini
bildirib. AMEA-nın Folklor İnstitunun
baş elmi işçisi, Prezident yanında Bilik Fondunun koordinatoru, filologiya üzrə
fəlsəfə doktoru İlhamə Qəsəbova çıxış edərək qeyd edib ki, xalqını bu ağır
günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış
edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında
olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət
verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən
törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu
göstərib.
Diqqətə çatdırıb ki, ümummilli
liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin
baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb
olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndərin təşəbbüsü ilə 20
Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Yazıçılar
Birliyinin üzvü, istefada olan mayor Mustafa Rasimoğlu 20 Yanvara və şəhidlərə
həsr etdiyi şeirlərini oxuyub. Qazax RİHB Aparatının
məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, filialın V kurs tələbəsi Güllü Qocayeva
çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyev şəhid ailələrinin və
sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini
mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlət başçısının Sərəncamı
ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim
yardımlar göstərilib.
GOYEZEN.AZ
Facebook-da paylaş