“Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazax Rayon
İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində
keçirilən maarifləndirici silsilə tədbirlər bu həftə də uğurla davam etdirilib.
Belə ki, rayonun Ürkməzli, Bala Çaylı, Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərində
bu cür tədbirlər keçirilib. "Dini radikal qrupların təbliğat metodları və
onlara qarşı mübarizənin yolları” mövzusunda keçirilən tədbirlərdə
hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb
direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər. RİHB Aparatında
ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla
işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin
əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Mövzu ətrafında
rayon prokurorunun müavini Qasım Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev, rayon Polis şöbəsinin sahə rəisi Emin Hüseynzadə, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov,
RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham
Süleymanov və başqaları çıxış ediblər. Çıxışlar
zamanı bildirilib ki, İslam dini Azərbaycanda yayılmağa başladığı dövrdən indiyədək
bu dinin radikal, humanizmdən kənar prinsiplərə əsaslanan hansısa təlimi təbliğ
olunmayıb. Bu əsasən, xalqımızın etnik xüsusiyyətləri, yüksək mənəviyyatı və mədəniyyəti
ilə bağlıdır. Qeyd olunub ki, istənilən cəmiyyətdə məişət səviyyəsində xurafat
elementlərinə rast gəlmək olar. Bəzən bunlar dinlə əlaqələndirilir. Lakin bunun
dinlə heç bir əlaqəsi yoxdur. Elm, təhsil olmayanda din xurafata çevrilir. Ona
görə də təhsil, elm və din paralel aparılmalıdır, onlar bir-birinə qarşı
qoyulmamalıdır. Tədbir
iştirakçıları dini radikalizm, ekstremizm və fanatizmin mahiyyəti, eləcə də
dini radikal qrupların təbliğat metodları barədə də məlumatlandırılıblar.
Bildirilib ki, radikal dini qruplar insanları həqiqi informasiyadan təcrid
edib, onlara özlərinin uydurduqları yalan məlumatları ötürürlər. Tədbir
iştirakçılarına dini zəmində baş verən terror, həmçinin, narkomaniya və onun fəsadları
haqqında da ətraflı məlumat verilib. Sonda tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş