• Təqvim

  • Maraq



”Dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində keçirilən maarifləndirici silsilə tədbirlər uğurla davam etdirilir. Növbəti belə tədbirlər rayonun Quşcu Ayrım, Fərəhli, Alpout və Dəmirçilər kənd tam orta məktəblərində keçirilib. ”Dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq dini radikalizmə qarşı mübarizədə maarifləndirici tədbirlərin əhəmiyyəti barədə görüş iştirakçılarına məlumat verib.

Mövzu ətrafında rayon prokurorunun müavini Qasım Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon Polis şöbəsinin sahə müvəkkilləri Zöhrab Arıxbəyli və Kənan Yusifov, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı, Qazax Cümə məscidinin imamı İlham Süleymanov və başqaları çıxış ediblər.

Bildirilib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir və bu siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə mənsub olan xalqlar arasında həmişə xoş münasibətlər mövcud olmuşdur. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu ənənə daha da güclənmiş və bu gün xalqımızın ən mühüm nailiyyətləri sırasına daxil olmuşdur.

Dini radikalizmə və dini ekstremizmə qarşı mübarizənin metodologiyası və onlara qarşı birgə mübarizənin təşkili barədə danışan natiqlər qeyd ediblər ki, bu işin düzgün və səmərəli həyata keçirilməsində maarifçilik əsas silahdır. Dini maarifləndirmənin gücləndirilməsi, bu işin kompleks və ardıcıl şəkildə aparılması radikalizmin qarşısının alınmasında ən güclü vasitədir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.














GOYEZEN.AZ

 



Facebook-da paylaş