• Təqvim

  • Maraq



“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib


Rayonun Kəmərli, Xanbağı, Xanlıqlar və Cəfərli kənd tam orta məktəblərində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirdə məktəb direktorları, sinif rəhbərləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Qazax RHİB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumalarla işin təşçilatçısı Məhəmməd Orucov, rayon Prokurorunun müavini Qasım Ağayev, rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin baş inspektoru Amil Budaqov, sahə müvəkkilləri Pərvin İbrahimov, Ələmdar Vəliyev, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Donara Həsənova, Xanlıqlar kənd tam orta məktəbin direktoru Şofiq Qədimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə numayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamının müavini Zaur Budaqov və başqaları tədbirlərdə çıxış ediblər.

Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır. Burada səmərəli vasitə maarifləndirmə işidir. Gənclərimizin radikalizmin və ekstremizmin təsirinə düşməyinin başlıca səbəblərindən biri onlarda vətənpərvərlik hissinin zəif olmasıdır. Bu səbəbdən də gənclərimiz maarifləndirilməli, onlara güclü vətənpərvərlik hissi aşılanmalıdır. Bu gün bizə Vətənini, torpağını, xalqını sevən Aprel döyüşlərinin qəhrəmanları kimi igid gənclər və oğullar lazımdır.

Sonra tədbir iştirakçılarına rayonda sosial-iqtisadi sahə ilə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə də məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.















GOYEZEN.AZ



Facebook-da paylaş