Məktəblilər ekskursiyalarda fəal iştirak edirlər
Bir aydan çoxdur ki, rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına təşkil edilən ekskursiyalarda fəal iştirak edirlər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş ekskursiyaların əsas məqsədi qədim tarixi köklərə malik olan Qazax rayonunun keçmişi və bu günü barədə ətaflı məlumatlar verməkdir.
Müəllim və şagirdlər tərəfindən yüksək qiymətləndirilən ekskursiya fevral ayının 14-dən start götürüb. Təşkil olunan ekskursiyada orta məktəblərin VI-IX siniflərində təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir.
Ekskursiyanın bugünkü iştirakçıları Ş.Şahvələdov adına Xanlıqlar, A.Əliyev adına Hüseynbəyli, R.Mirzəliyev adına Alpout və S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəblərin müəllim və şagirdləri olub.
Öncə muzeyin qonağı olan iştirakçılara 1-ci mərtəbədəki guşələrdə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, Qazaxın zəngin faunası, bitki örtüyü və torpaq növləri haqqında geniş məlumatlar verilib. Sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.
Muzeylə tanışlıqdan xoş təəssüratlarla ayrılan məktəblilər sonra Dövlət Rəsm Qalereyasında olaraq burada nümayiş olunan Azərbaycan miniatürlərinə, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərlərinə, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolara və əl işlərinə baxıblar. Qalereyanın dərnək üzvlərinin vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
GOYEZEN.AZ saytına ekskursiya ilə bağlı fikirlərini bölüşən Xanlıqlar kənd tam orta məktəbin şagirdlərindən Güllü Nəsibli, Şahzadə Çobanzadə, Nəzrin Əliyeva, Famil Aslanov, Hüseynbəyli kənd tam orta məktəbin şagirdlərindən Nəzrin Əliyeva, Fidan Kərimova, Kənan Nəbiyev, Məbud Şahmalıyev, Alpout kənd tam orta məktəbin şagirdlərindən Aqşin İsmayılov, Ramin Alpaşayev, Ləman Nəbiyeva, Vəfa Mirzəliyeva, Orta Salahlı kənd tam orta məktəbin şagirdlərindən Cəmilə Məmmədova, Səbinə Zeynalova, Rəşad Yusifov, Alişan Qəhrəmanov, Səbinə Məmmədova muzey və qalereyada dərin biliklərə yiyələndiklərini qeyd edərək çox yüksək təəssüratlarla ayrıldıqlarını bildiriblər.
Xanlıqlar kənd tam orta məktəbin direktoru Şofiq Qədimov və müəllimlərdən Məryəm Məhərrəmova, Roza Süleymanova, Turac Əliyeva, Hüseynbəyli kənd tam orta məktəbin direktor müavini Xanım Quliyeva, müəllimlərdən Xatirə Abbasova, Akifə Nəbiyeva, Südabə Mustafayeva, Aqil Musayev, Alpout kənd tam orta məktəbin müəllimlərindən Türkan Pənahova, Samirə İbrahimova, Anar İsmayılov, Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov və müəllimlərdən Zahidə Qiyasova, Əsmər Vəliyeva, Kifayət İsayeva, Xavər Ayvazova gənc nəslin vətənpərvər və tarixi köklərinə bağlı ruhda böyüməsi üçün yaradılan yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Şagirdlərin dərin biliklər əldə etməsi üçün yaradımçı rolunu oynayan bu cür ekskursiyaların təşkilini yüksək qiymətləndirən ekskursiya iştirakçıları rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.
Məlumat üçün qeyd edək ki, bugünkü ekskursiyada Xanlıqlar kənd tam orta məktəbindən 116, Hüseynbəyli kənd tam orta məktəbindən 94, Alpout kənd tam orta məktəbindən 45, Orta Salahlı kənd tam orta məktəbindən 70 nəfər şagird və onların müəllimləri iştirak edib.
Eyni zamanda, bugünkü ekskursiyada məktəblilərə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ətraflı məlumatlar verilib. Erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və təcavüzkar siyasətinin iki yüz ilə yaxın tarixi olduğu bildirilib.
Azərbaycan xalqının başına gətirilən soyqırımı faktlarına yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi xüsusi vurğulanıb, kütləvi qırğın aktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəldiyini və bəşər tarixində qara ləkə olduğu çatdırılıb.
Xalqımızın məruz qaldığı faciələrin dünya ictimaiyyətinə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyev tərəfindən məqsədyönlü iş aparıldığı xüsusi qeyd edilib, işğal olunmuş torpaqlarımızın düşmən torpağından azad olunacağına, problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə əminlik bildirilib.

Facebook-da paylaş