Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir işləri başa çatıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladıqları
sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Son illər bu sahəyə olan dövlət
qayğısının nəticəsidir ki, ölkəmizdə yeni mədəniyyət müəssisələrinin inşa
edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir
İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin
sayının ildən-ilə artması geniş vüsət alıb.
Qazaxda da istər ölkə başçısı, istərsə də rayon
rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı yüksək səviyyədədir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət
göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin
əsaslı təmir olunaraq yenidən qurulması mədəniyyət sahəsində, eləcə də musiqi
sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə verilən dəyər
və ən böyük töhfədir.
Artıq
demək olar ki, şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir işləri
yekunlaşıb. Son olaraq binanın xarici fasadında və otaqlarda rənglənmə işləri
aparılıb. Hazırda lazım olan son tamamlanma işləri görülür.
Məlumat üçün
qeyd edək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı
ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif
küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət
İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə
müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar,
kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər
müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya
musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka,
1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə
olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş