Qazaxda bugünədək vətəndaşlara 86 min 669 doza vaksin vurulub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılaraq bildirilir ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Vaksinləşmənin əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar. Bu gün əminliklə deyə bilərik ki, Qazaxda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 86 min 669 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 45 min 982, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 40 min 687 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 62% təşkil edir.
Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı işlər Qazax rayon sakinləri tərəfindən hər zaman razılıqla qarşılanır və onlar buna görə dərin minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş