• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda COVID-19 infeksiyası ilə bağlı mobil qrup üzvləri tərəfindən keçirilən reydlər davam etdirilir - VİDEO


Qazax rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Virus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır. Onlara Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah olunur.

Növbəti reyd Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən "Qazax Avtovağzal” ASC-nin qarşısında keçirilib. Reyd zamanı marşrut sürücülərinə və sərnişinlərə, rayon sakinlərinə tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, vaksinasiya olunmaq barədə COVID pasportunun olmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Onlar karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.


GOYEZEN.AZ



Facebook-da paylaş