• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda davamlı tibbi təhsillə əlaqədar təşkil olunmuş səyyari kurslar uğurla davam edir


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Qazaxda davamlı tibbi təhsillə əlaqədar təşkil olunmuş səyyari kurslar artıq 5 gündür ki, uğurla davam edir. Aprelin 8-dən Qazax Müalicə Diaqnostika Mərkəzində start götürən kurslarda həkimlərə davamlı tibbi təhsillə bağlı maraqlı mövzular barədə ətraflı məlumatlar verilir.

Həkim terapevt, pediatr və ailə həkimi üzrə aparılan səyyari kurslarda Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə bərabər, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də fəal iştirak edirlər.

11-12 aprel tarixlərində təşkil olunmuş səyyari kursların mövzusu isə "Kəskin qarın” xəstəlikləri barədə olub. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) "Ailə təbabəti” kafedrasının assisenti, tibb elmləri namizədi Şəfaqət Verdiyeva tərəfindən aparılan kurslarda mövzu ilə bağlı geniş təlimlər keçirilib. Həmçinin, mövzu ilə bağlı həkimləri maraqlandıran suallar da cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, kursa 65 nəfər müxtəlif ixtisasdan olan həkimlər qatılıb. Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda həkimlər sertifikat və balla qiymətləndiriləcəklər.

Peşəkar və yüksək ixtisaslı həkimlərin iştirakı ilə təşkil olunan kurslar isə aprelin 17-dək davam edəcək.

GOYEZEN.AZ



Facebook-da paylaş