• Təqvim

  • Maraq



Davamlı tibbi təhsillə əlaqədar Qazaxda təşkil olunmuş səyyari kurslar davam edir


Xəbər verdiyimiz ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsillə əlaqədar Qazaxda səyyari kursların təşkilinə başlanılıb. Aprel ayının 8-dən etibarən başlanılan kurslar Qazax Müalicə Diaqnostika Mərkəzində təşkil olunub. Səyyari kurslar həkim terapevt, pediatr və ailə həkimi üzrə aparılır. Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə yanaşı, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də səyyari kurslarda iştirak edirlər.

Bugünkü səyyari kursda Bakı şəhərinin Baş uroloqu, 3 saylı şəhər Kliniki Xəstəxanasının Urologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru. Avropa və Amerika Beynənxalq Urologiya cəmiyyətinin üzvü İlqar İsmayılov və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) "Ailə təbabəti” kafedrasının assisenti endokrinoloq Dinar Qəhrəmanova iştirak ediblər.

Səyyari kursda iştirak edən həkimlərə uroloji xəstəliklərin müalicə və profilaktikası, şəkərli diabet, onun müalicəsi profilaktikası və pəhrizi haqqında geniş izahatlar, ətraflı məlumatlar verilib. Həmçinin, xəstəliklər haqqında həkimləri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, kursa 65 nəfər müxtəlif ixtisasdan olan həkimlər qatılıb. Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda həkimlər sertifikat və balla qiymətləndiriləcəklər.

Peşəkar və yüksək ixtisaslı həkimlərin iştirakı ilə təşkil olunan kurslar isə aprelin 17-dək davam edəcək.

GOYEZEN.AZ



Facebook-da paylaş