• Təqvim

  • Unutma

  • Maraq



Bu gün ildönümü olan şəhid Məmməd Mərdanovun əziz xatirəsini ehtiramla anırıq

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik zivəsinə yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Bu gün igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür. Qazaxda bütün şəhidlərimiz kimi, Şəhidlik zirvəsinə yüksələn Mərdanov Məmməd Ələddin oğlunun xatirəsi də daim əziz tutulur.  


GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Məmməd Mərdanov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Məmməd kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Məmməd tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixində Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək Şəhidlik zirvəsnə yüksəlib. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub.




Facebook-da paylaş