• Təqvim

  • Maraq



Qazaxda “Abu-Life Group” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb


Müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə azad sahibkarlığın inkişafına daim diqqət göstərir, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. 

2021-ci ildən Qazax rayonunda fəaliyyət göstərən “Abu-Life Group” MMC də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir. Fəaliyyətə başladığı ilk gündən nəinki Qərb bölgəsində, eləcə də respublikamızda tanınan MMC bu gün 123 nəfərlik kollektivlə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir. İstər rayonda işsizliyin aradan qaldırılmasında, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında, istərsə də aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsində MMC hər zaman nümunəvi addımları ilə seçilir. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də rayon rəhbərliyinin aztəminatlı ailələrə qayğısını, dəstəyini əldə rəhbər tutan, ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına hər zaman dəstək verən “Abu-Life Group” MMC müqəddəs Ramazan və milli bayramımız olan Novruz bayramları ərəfəsində öz ənənəsinə sadiq qalaraq aztəminatlı ailələrə dəstək olub. MMC tərəfindən Qazax şəhər Kommunal Müəssisələr Kombinatında çalışan 100 ailəyə, eləcə də digər 50 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb. 

Onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, “Abu-Life Group” MMC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirən ailələr xeyriyyə kampaniyasını yüksək qiymətləndiriblər. Özündə birliyi, həmrəyliyi, dövlətin dəstəyini əks etdirən nəcib aksiyaya görə razılıq ediblər.



Facebook-da paylaş