• Təqvim

  • Maraq



Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün növbəti təlimlərə start verib


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 5,6,8 avqust 2024-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan  kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda məsləhətçi Nərmin Xəlilova, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi Zinyət Əmirova tərəfindən təşkil olunacaq.

İlk təlim avqustun 5-də Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətindən söz açan müavin iştirakçılara uğurlar arzulayıb. 

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. E.Abbasov “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və s. mövzular ətrafında geniş izahat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Facebook-da paylaş