Qazaxda “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” mövzusunda tədbir keçirilib
Mayın 27-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” mövzusunda tədbiri keçirilib.
Tədbir Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi mühüm islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan və s. ətraflı danışıb. Rayon təşkilatının sədri eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində göstərdiyi misilsiz xidmətlərdən, onun böyük xilaskarlıq missiyasından, Ulu Öndər Heydər Əliyev siyasətinin bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsindən geniş bəhs edib. A.Nəbiyev bu uğurlu siyasi kurs nəticəsində Qazaxın işğal altında olan 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bunu möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın növbəti qələbəsi kimi qiymətləndirib.
Tədbirdə partiya veteranlarından İsgəndər Qurbanov, Polad Ağakişiyev, partiya fəallarından Leyla Məmmədova, Şəhla Şəmilova, Qılınc Cəfərov, Murad Nəsibov, Elgün Manafov çıxış edərək 28 May - Müstəqillik Gününün tariximizin ən mühüm hadisələrindən biri olduğundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai - siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən məqsədyönlü işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki atılan mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində müstəsna xidmətlərindən, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışıblar. Natiqlər 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Facebook-da paylaş