Vətəndaş məktubundan: “Qədim Qazax mahalına bəxş etdiyiniz bu böyük bayram üçün Sizə səmimi təşəkkürlərimizi çatdırırıq”
Bala Cəfərli kəndinin sakinlərindən,
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qazaxın işğal altındakı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin geri qaytarılması ilə İkinci Qarabağ müharibəsində qazanılan şanlı zəfərlərə yenisini əlavə edərək Azərbaycana sonsuz sevinc bəxş etdiniz. Bir güllə belə atılmadan, mahir siyasi-diplomatik gedişlərlə əldə etdiyiniz bu böyük uğur tariximizə ən parlaq səhifələrdən biri kimi yazıldı. Bu Zəfər Sizin diplomatik zəkanızın yeni bir təntənəsidir. Qədim Qazax mahalına bəxş etdiyiniz bu böyük bayram üçün Sizə səmimi təşəkkürlərimizi çatdırırıq.
Suverenliyi və ərazi bütövlüyü məhz Sizin sayənizdə bərpa olunmuş və dünya arenasında söz və qüdrət sahibi olmuş Azərbaycanımızın bugünkü inkişafına və yüksək dirçəliş yoluna qədəm qoymasına görə Sizinlə qürur duyur və fəxr edirik.
Uca Tanrı yar və yardımçınız olsun.
Hörmətlə,
Ceyhun Rəhimov, II qrup Qarabağ müharibəsi əlili,
Kamil Cahanov,
Rövşən Quliyev,
Zəkəriyyə Məmmədov və başqaları (8 nəfər).
Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.
9 may 2024-cü il
Facebook-da paylaş