Novruz bayramı ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib
Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. İstər bayram ərəfələrində, istərsə də adi günlərdə bütün qəbiristanlıqlarda iməcilik keçirilir.
Qarşıdan ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə martın 9-da şəhər və kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edib.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.
Məlumat üçün bildirək ki, iməcilik martın 10-da da davam edəcək.
Şəhər qəbiristanlığı
Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər xiyabanı
Hüseynbəyli kənd qəbiristanlığı
Ağköynək kənd qəbiristanlığı
Qarapapaq kənd qəbiristanlığı
Çaylı kənd qəbiristanlığı
Bala Çaylı kənd qəbiristanlığı
İkinci Şıxlı kənd qəbiristanlığı
Birinci Şıxlı kənd qəbiristanlığı
Yuxarı Salahlı kənd qəbiristanlığı
Aşağı Salahlı kənd qəbiristanlığı
Qazaxbəyli kənd qəbiristanlığı
Kəmərli kənd qəbiristanlığı
Qaymaqlı kənd qəbiristanlığı
Aslanbəyli kənd qəbiristanlığı
Daş Salahlı kənd qəbiristanlığı
Ürkməzli kənd qəbiristanlığı
Dəmirçilər kənd qəbiristanlığı
Kosalar kənd qəbiristanlığı
Alpout kənd qəbiristanlığı
Abbasbəyli kənd qəbiristanlığı
Xanlıqlar kənd qəbiristanlığı
Cəfərli kənd qəbiristanlığı
Bala Cəfərli kənd qəbiristanlığı
GOYEZEN.AZ
Facebook-da paylaş