Qazaxda “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqi keçirilib
Sentyabrın 22-də Gəncə Regional Mərkəzinin Hazırlıq planına müvafiq olaraq Qazax rayon ərazi Mülki müdafiə qüvvələri ilə “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası qanunun tələblərinin yerinə yetirilməsi, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin icrası zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılmasıdır. Fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.
Məşqin keçirilməsinə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Fövqəladə hallar üzrə komissiyası, Mülki müdafiə qərargahı, Gəncə Regional Mərkəzinin əməkdaşları və ərazi Mülki müdafiə qüvvələri və xidmətləri 52 ədəd texnika və 231 nəfər şəxsi heyətlə cəlb olunub.
Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı ərazi qüvvələrinin sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat cədvəlinə uyğun texnika və avadanlıqların varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayış etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilib.
GOYEZEN.AZ
Facebook-da paylaş