Səyyar “ASAN qatar” Qazaxda vətəndaşların xidmətindədir
Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara xidmət göstərməsi artıq bir ənənəyə çevrilib. İlk dəfə olaraq 2017-ci ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar "ASAN qatar”ın əməkdaşları
tərəfindən sakinlərə göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazaxda fəaliyyət
göstərən Səyyar "ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir daha
göstərdi ki, dünyada brend kimi tanınan "ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Üçüncü dəfə,
2019-cu ilin sentyabr ayının 2-dən oktyabr ayının 1-dək, dördüncü
dəfə, 2020-ci ildə fevral ayının 3-dən 29-dək, beşinci dəfə,
iyun ayının 10-dan 25-dək sakinlərə xidmət göstərən Səyyar "ASAN
qatar”ın əməkdaşları bir daha nümayiş etdirdi ki, bütün xidmətlərin
göstərilməsində əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır. Bu il artıq
altıncı dəfə Səyyar "ASAN qatar” Qazaxda sentyabr
ayının 1-dən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol
Stansiyası) ünvanında vətəndaşlara xidmət göstərməyə başlayıb. Səyyar "ASAN qatar”ın qrup rəhbəri
Elgiz Həsənov GOYEZEN.AZ-a bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak
Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilir.
Sentyabrın 30-dək Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 30
gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili
İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və
dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə
notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üzrə mənzillərin
üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması
barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə
dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış
evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə
əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının
qəbulu) daxildir. Qrup rəhbəri bu günə
kimi müraciət etmiş 401 nəfərdən 374 nəfərə
xidmət göstərildiyini də bildirib. 3 vaqondan ibarət Səyyar
"ASAN qatar"da sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar
fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Onu da qeyd edək ki, Səyyar "ASAN qatar”da Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus
(COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi
karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl
olunur. İstər Səyyar "ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar tibbi
maskadan istifadə edirlər və sosial məsafə gözlənilir. Regional İnkişaf İctimai Birliyinin "Gənc
Könüllülər”inin də iştirak
etdiyi Səyyar "ASAN qatar” xidmətinin həyata
keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat,
yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş