• Təqvim

  • Unutma

  • Maraq



Millət vəkili Səməd Seyidovun köməkçisi kəndlərdə seçicilərlə görüşüb


107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olan Səməd Seyidov hər zaman seçicilərini diqqət mərkəzində saxlayır.

Millət vəkilinin tapşırığına əsasən köməkçisi Akif Əmirov ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət olunmaq şərtilə kəndlərdə olub, seçicilərlə görüşüb. Rayonun İkinci Şıxlı, Brinci Şıxlı, Yuxarı Salahlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout, Abbasbəyli, Dəmirçilər, Ürkməzli, Kosalar, Canalı Hüseynbəyli kəndlərində sakinlərlə keçirilən görüşlər vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb. Hər zaman seçiciləri ilə görüşən və problemlərin həllində fəal iştirak edən millət vəkilinin bu təşəbbüsü yüksək qiymətləndirilib.

Millət vəkilinin köməkçisi Səməd müəllimin tapşırığına əsasən keçirilən görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib.

Görüşlər zamanı millət vəkilinin köməkçisi seçicilərin təklifləri, onları narahat edən məsələlərlə tanış olub, qayğıları ilə maraqlanıb. Qeyd edilən bütün məsələlərin mütləq şəkildə Səməd müəllimə çatdırılacağını, onun imkan və səlahiyyətləri daxilində aidiyyatı orqanlara müraciət ediləcəyini, səslənən məsələlərin yerində araşdırılaraq həlli istiqamətində müsbət addımlar atılacağını bildirib.

Millət vəkilinin köməkçisi belə görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini və bu barədə öncədən əlavə məlumatın veriləcəyini seçicilərin nəzərinə çatdırıb.

İkinci Şıxlı kəndi


Brinci Şıxlı kəndi


Yuxarı Salahlı kəndi


Qaymaqlı kəndi


Aslanbəyli kəndi


Aşağı Salahlı kəndi


Orta Salahlı kəndi


Quşçu Ayrım kəndi


Məzəm kəndi


Alpout kəndi


Dəmirçilər kəndi


Ürkməzli kəndi


Kosalar kəndi


GOYEZEN.AZ



Facebook-da paylaş