Səyyar “ASAN qatar” Qazaxda
Cənab Prezident
İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir
texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ların bölgələrimizdə
vətəndaşlara xidmət göstərməsi artıq bir ənənə halına çevrilib. İlk dəfə olaraq
2017-ci ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar
"ASAN qatar”ın əməkdaşları tərəfindən sakinlərə
göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabrayının 3-dən 27-dək Qazaxda
fəaliyyət göstərən Səyyar "ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir
daha göstərdi ki, dünyada brend kimi tanınan "ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Üçüncü dəfə, 2019-cu ilin sentyabr ayının 2-dən oktyabr ayının 1-dək, dördüncü dəfə, 2020-ci ilin fevral
ayının 3-dən 29-dək sakinlərə xidmət göstərən Səyyar "ASAN
qatar”ın əməkdaşları bir
daha nümayiş etdirdi ki, bütün xidmətlərin göstərilməsində əsas məqsəd vətəndaş
məmnunluğuna nail olmaqdır. Bu il artıq beşinci dəfə olaraq Səyyar "ASAN
qatar” Qazaxda iyun ayının 10-dan Qazax
şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinəxidmət göstərməyə
başlayıb. Səyyar
"ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov GOYEZEN.AZ-a
bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən təqdim edilir. İyunun 25-dək Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 16 gün müddətində səyyar formada göstərilən
xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyiüzrə notariat
fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində
mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət
qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində
mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının
təyin edilməsi, funksional
yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxildir. Qrup rəhbəri bu günə kimi müraciət
etmiş 173 nəfərdən 166 nəfərə xidmət göstərildiyini də bildirib. 3 vaqondan ibarət Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi
və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə içi
və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək)
həyata keçirilir. Onu da qeyd edək ki, Səyyar "ASAN qatar”da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus
(COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi
karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl
olunur. İstər Səyyar
"ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar
tibbi maskadan istifadə edirlər və sosial məsafə gözlənilir. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar "ASAN qatar” xidmətinin həyata
keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat,
yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.
Facebook-da paylaş