Yaşayış evlərinin həyətlərində yanğın avtomobillərinə maneə olmamalıdır
Yanğınların
statistikası göstərir ki, payız-qış mövsümündə yanğınlar ən çox yaşayış evlərində
baş verir. Bu da havaların soyuması, istilik enerjisinə tələbatla əlaqədar mənzillərdə
qaz və elektrik cihazlarından daha çox istifadə edilməklə bərabər, qapı-pəncərələrin
bağlı olması səbəbi ilə əlaqədardır. Təbii
ki, yanğın baş verdikdə ilk növbədə yanğından mühafizə xidmətinə məlumat
verilir və hadisə yerinə yanğın avtomobilləri cəlb olunur. Bu texnikanın yanğının mənbəyinə
yaxınlaşması üçün yaşayış məntəqələrində yanğın keçidləri inşa olunmuşdur. Yanğınların söndürülməsində əsas vasitə yanğınsöndürmə avtomobilləri
hesab edilir. Bu texnikanın yanğının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində
yanğın keçidləri inşa olunur. Yanğın keçidi xüsusi texnikanın yanğının
söndürülməsi üçün maneəsiz, qısa müddət ərzində yanğın yerinə yaxınlaşmasına
imkan verən iki tərəfi açıq olan yoldur. İlk növbədə yanğın keçidinin hər iki tərəfi
açıq olmalıdır. Ümumiyyətlə, obyektlərdə yanğın keçidlərinin parametrləri ilə
bağlı irəli sürülən tələblər 2.6-1 "Azərbaycan Respublikasının Dövlət Tikinti
Normaları”nda əksini tapmışdır. Hər hansı bir texniki normalar haqqında
danışmazdan əvvəl, diqqətimizi yanğın keçidləri və ona bitişik olan ərazilərin
istifadəsi ilə bağlı olan ümumi tövsiyə və məhdudiyyətlərə yönəldək. İlk öncə bu faktı qeyd etməliyik ki, binaların həyətlərində çox vaxt
avtomobillərin park edilməsinə yerlər təyin olunur. Bu gün nəqliyyat vasitələrinin
sayı hədsiz çoxdur, onların sahibləri ilk gördükləri boş yerdə avtomobillərini
bir gecəlik və ya bir neçə günlük saxlamaqdan çəkinmir, lakin bu zaman nəzərə
almırlar ki, həmin bu yer yanğın keçidinin bir hissəsi ola bilər. Yanğın keçidləri ilə bağlı texniki tələblər mövcuddur. Bu tələbə əsasən
yanğın keçidinin eni birbaşa onun yanında mövcud olan binaların mərtəbəliyindən
asılı olmaqla 3,5 metrdən az nəzərdə tutulmamalıdır. Burada sadə prinsip
mövcuddur - bina nə qədər yüksək olarsa, keçidin eni bir o qədər enli
olmalıdır. Bu amilin çox sadə izahı vardır. Belə ki, 15-ci mərtəbədə baş vermiş
yanğının söndürülməsi üçün çox güclü texnikanın mövcudluğu zəruridir. Yanğın
avtomobillərinin gücü isə bilavasitə onların qabaritlərindən asılıdır, yanğının
söndürülməsində istifadə olunacaq yanğın texnikasının texniki imkanları binanın
ölçülərinə uyğun olmalıdır. Yanğın texnikasının yaşayış və ictimai binalara, o
cümlədən onlara bitişik tikililərə yanaşması və yanğınsöndürənlərin avtonərdivanlardan
və ya avtoqaldırıcılardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı
təmin edilməlidir. Bu qayda yanğın keçidlərinin yalnız eninə deyil, hündürlüyünə
də şamil olunur. Yanğın keçidinin hündürlüyü 4,25 metrdən az olmamalıdır. Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 2-10
olan binalaradək məsafə 5-8 metr, 11 və daha çox mərtəbəli binalaradək isə 8-10
metr qəbul edilməlidir. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin
yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir. Binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların
keçməsi üçün yararlı, maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə
alınmaqla eni 6 m olan zolaqlar nəzərdə tutulmalıdır. Təəssüf ki, bəzən sakinlər binalarin giriş yolunu
kənar maşınların daxil olmaması üçün dirək basdırmaqla məhdudlaşdıraraq, həm də
yanğınsöndürən avtomobillərin maneəsiz hərəkətinə əngəl törədirlər. Unutmaq
olmaz ki, yanğının söndürülməsi üçün hər saniyə qiymətlidir. DYNX-nin
Yanğına Qarşı Təbliğat şöbəsinin rəisi
Facebook-da paylaş