Qazaxda “Oyun Karvanı” proqramı çərçivəsində uşaqlar arasında əyləncəli oyunlar keçirilib
Bu gün Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının
və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə "Oyun
Karvanı” proqramına uyğun olaraq 6-12 yaşlı uşaqlar arasında əyləncəli oyunlar
keçirilib. 18 oktyabr tarixindən Bakı şəhərindən start götürən tədbir Lənkəran,
Şəki, Qəbələ, Mingəçevir, Gəncə şəhər və rayonlarında uğurla həyata keçirilib.
Bu gün isə layihənin yekun tədbiri Qazax rayonunda təşkil olunub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndələri Oruc Məmmədli
və Pərvin Mehdiyev, layihə rəhbəri Koray Akdəmir, 200 nəfərdən artıq uşaq və yeniyetmə iştirak edib. Layihə rəhbəri Koray Akdəmir tədbiri giriş sözü ilə açaraq
iştirakçıları salamlayıb, tədbirin keçirilməsində göstərilən dəstəyə və qonaqpərvərliyə
görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Layihə barədə ətraflı məlumat
verərək bildirib ki, məqsədimiz uşaqları sevindirmək, qardaş ölkələrimiz
arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməkdir.
Gələcəyimiz olan uşaqlara xoş təbəssüm bəxş etmək və onların uşaq dünyasına az
da olsa rəng qatmaqdır. Tədbirdə iştirak edən Qazax RİH aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov çıxış edərək
qonaqları rayon rəhbərliyinin adından salamlayıb və layihənin həyata keçirilməsində
əməyi keçən insanlara, təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. Düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunda da bu cür tədbirin keçirilməsini
balaca fidanlara olan diqqət və qayğının əyani göstəricisi kimi qeyd edib və
yüksək qiymətləndirib. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev də çıxış
edərək qonaqları salamlayıb, tədbirlə bağlı layihənin təşkilatçılarına təşəkkürünü
çatdırıb. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra tədbir şən klounların
bir-birindən rəngarəng çıxışları, sevilən mahnıları, müxtəlif əyləncəli oyunları
ilə davam edib. Bugünkü gün uşaqların
yaddaşına xoş xatirələrlə yazılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş