Milli Məclisdə Qazaxın Barxudarlı, Sofulu, Bağanıs Ayrım kəndlərində törədilən faciələrin də qərar layihəsinə salınması təklif olunub
Bu barədə Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı müzakirələrdə deputat Fəzail Ağamalı təklif verib.
GOYEZEN.AZ saytı Sherg.az-a istinadən xəbər verir ki, millət vəkili Xocalı soyqırımı ilə bağlı qərar layihəsinə Kəlbəcərin Ağdaban kəndində törədilmiş faciənin də salınmasını istəyib:
"Xocalı faciəsindən az sonra törədilmiş Ağdaban faciəsi öz dəhşətlərinə və miqyasına görə, sözügedən soyqırımından geri qlımır. Ağdabanda da ermənilər tərəfindən törədilən faciə Xocalı soyqırımı qədər dəhşətli faciədir. Ona görə də təklif edirəm ki, qərar layihəsinə Ağdaban faciəsi də salınsın.
Bundan başqa, Qazaxın Barxudarlı, Sofulu, Bağanıs Ayrım kəndlərində törədilən faciələr də qərar layihəsinə əlavə edilsin. Bu kəndlərdə elə dəhşətlər yaşanıb ki, mülki vətəndaşlar Bağanıs Ayrım kəndində ermənilər tərəfindən diri-diri yandırılıblar”.

Facebook-da paylaş