• Təqvim

  • Maraq



Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub

Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2016-cı il dünya iqtisadiyatı üçün çox ağır il olmuşdur. Dünyada iqtisadi, siyasi və hərbi böhran yaşanır, qanlı toqquşmalar, müharibələr alovlanır. Buna baxmayaraq Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində 2016-cı ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da mönkəmlənmiş, bir çox beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana bir daha dəstək nümayiş etdirilmişdir. Gündən-günə beynəlxalq aləmdə nüfuzu daha da yüksələn müstəqil Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, regionun siyasi və iqtisadi məsələlərin həllində əvəzolunmaz iştirakçı və əsas söz sahibi kimi tanıtmışdır.

2016-cı il həm də bu ilin aprel ayında Azərbaycan ordusunun böyük hərbi qələbə qazanması ilə yadda qalmışdır. Aprel döyüşlərində Dəmirçilər kəndindən 2 nəfər -Cəfərov Oruc Füzuli oğlu və Abdullayev Sahil Şirin oğlu yaralanmışdır. Oruc Cəfərov müalicə olunaraq xidmət etdyi hərbi hissəyə qayıtmış, Sahil Abdullayev isə II qrup Qarabağ əlilidir.
Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
Tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Dəmirçilər və Ürkməzli kəndləridir. Nümayəndəliyin 854 təsərrüfatı, 2946 nəfər əhalisi vardır. Kəndin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 körpələr-evi uşaq bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 feldşer–mama məntəqəsi, 1 poçt şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət göstərir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət işçi qrupları yaradılmışdır. İşçi qrupunun yaradılmasında əsas məqsəd kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir.

Hesabat ilində kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılaraq yol kənarlarına 200 ədəd ağac əkilmişdir. 2016-cı ildə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 5 dəfə Dəmirçilər və Ürkməzli kəndlərində olmuş, kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
2016-cı ildə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Belə ki, əhalini içməli su ilə təmin etmək məqsədilə Dəmirçilər kəndinə Dəmirçilər-Ürkməzli bələdiyyəsinin vəsaiti hesabına şəhər xəttindən su xətti çəkilmişdir. II qrup Qarabağ əlilləri Habil Xəlilovun, Nüsrət Musayevin, şəhid anası Ayna Nəsirova və şəhid ailəsi Bahar Qurbanovanın evləri rayon rəhbərliyinin köməkliyilə təmir edilmişdir.

Sol sahil kanaldan çıxan yedəkçi arxlarda Suvarma Sistemləri İdarəsi tərəfindən texnika vasitəsilə 2.2 km hissədə təmizlik işləri aparılmışdır. ”Dəmiçilər arxı”nın qəzalı vəziyyətə düşmüş 12 metrlik hissəsi yenidən beton üzlüyə alınmışdır. Ürkməzli kəndində Yaqublu məhəlləsi rayon rəhbərliyi tərəfindən içməli su ilə təmin olunmuşdur.

Ürkməzli kənd feldşer-mama məntəqəsi, sənətkarlıq evi və poçt şöbəsinin, nümayəndəliyin inzibati binasının fasad hissələri, şəhidlər abidəsi təmir olunmuşdur.

2016-cı ildə Azərbaycan Kənd İnvestisiya Layihəsi-2 ilə əməkdaşlıq nəticəsində Ürkməzli kəndində 12 km kəndarası yollar təmir olunmuşdur. Nümayəndəliyin ərazisindən keçən Qazax–Quşçu Ayrım magistiral yolunun kənarında təmizlik işləri görülmüş, yol kənarlarına yeni ağaclar əkilmişdir.
Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
Əhalimizin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istesalına maraq artmışdır. Bunun nəticəsidir ki, 2016-ci ilin məhsulu üçün 360 hektarda payızlıq buğda, 160 hektar sahədə arpa, 110 ha sahədə kartof əkilmişdir. 867 ton buğda, 318 ton arpa, 2750 ton kartof istehsal olunmuşdur. Hesabat ilində tütün əkininə və barama istehsalına başlanılmışdır. 0.75 hektar sahədən 1800 kiloqram tütün təhvil verilmiş, 105 kq barama istehsal olunmuşdur. Barama istehsalının artırılması məqsədilə kəndin ərazisində 2000 ədəd tut ağacı tingləri əkilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsal edən 564 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 46762 manat subsidiya ödənilmişdir.
Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
Nümayəndəlik ərazisində 2017-ci ilin məhsulu üçün 804 hektar yer şumlanmışdır ki, bunun 407 hektarında buğda, 176 hektarında arpa əkilmişdir. 2017-ci ilin məhsulu üçün 74.3 hektar sahədə şəkər çuğunduru, 2 hektar sahədə tütün, 120 hektar sahədə isə kartof əkilməsi nəzərdə tutulmuşdur. İmişli Şəkər zavodu ilə müqavilələr bağlanmış, nəzərdə tutulmuş sahə şumlanmışdır.
Dəmirçilər kəndində 2016-cı ilin yekunları müzakirə olunub
Sonra kənd sakinlərindən Şuridə Mehrəliyeva, Süleyman Rzayev, Gülsənəm Cəlilova, İlqar Miralayev, Nüsrət Musayev, Ayət Məmmədov, Məmməd Qasımov, Təranə Hüseynova, Bahar Qurbanova, Elmira Abbasova çıxış edərək öz arzu və təkliflərini bildiriblər.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək hesabat yığıncağına yekun vurublar.

GOYEZEN.AZ


Facebook-da paylaş