Qazaxda qəbiristanlıqlarda iməcilik keçirilib
Son iki il yarımdır ki, genişmiqyaslı
tikinti-quruculuq işləri, həyata keçirilən çoxsaylı tədbirlərlə, layihələrlə
yanaşı, Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin
keçirilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il bu sahədə görülən
işlər demək olar ki, artıq bir ənənə halını alıb. Rayon sakinləri istər bayram
ərəfələrində, istərsə də adi günlərdə iməcilik keçirirlər. Bu gün isə 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şəhər
və rayonun bütün kənd qəbiristanlıqlarında iməclik keçirilib. Keçirilən ümumrayon iməciliyində qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq
işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan
təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir
torlar çəkilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradan rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarından başlayan iməcilik sabah
da davam edəcəkdir. GOYEZEN.AZ
Şəhər qəbiristanlığı







Qaymaqlı kəndi






Yuxarı Salahlı kəndi



Birinci Şıxlı kəndi


Daş Salahlı kəndi


Aşağı Salahlı kəndi






Cəfərli kəndi







Quşçu Ayrım kəndi




Çaylı kəndi

Facebook-da paylaş















