• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda qəbiristanlıqlarda keçirilən iməcilik bu gün də davam edib


Qazaxda istər bayram ərəfələrində, istərsə də adi günlərdə şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi demək olar ki, artıq bir ənənə halını alıb.

Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq rayon sakinləri tərəfindən şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında keçirilən iməcilik bu gün də davam edib.

Bu gün səhər saatlarından başlayan ümumrayon iməciliyində qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilib. 

Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradan rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.





















GOYEZEN.AZ



Facebook-da paylaş