• Təqvim

  • Maraq

İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğını hər bir sahədə görmək olur. Bunun bariz nümunəsi isə ölkə Prezidentinin hər zaman çıxışlarında “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrini səsləndirməsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 12 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 373 nəfər vətəndaş qəbul edilib. Onlardan 201 nəfərin müraciəti müsbət həll olunub, 172 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasınahəftə ərzində 13 nəfər vətəndaş müraciəti olub. Onlardan 4 nəfər sənəd, 5 nəfər işlə təmin olunma, 2 nəfər imtiyazlı dərmanın verilməsi, 1 nəfər xəstəlik, 1 nəfər şikayətlə bağlı müraciət edib. 8 nəfərin istəyi yerində müsbət həll edilib. 5 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 188 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 136 nəfərin istəyi müsbət həll edilib, 52 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 147 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 37 nəfərin istəyi müsbət həll edilib, 110 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinəhəftə ərzində müraciət etmiş 3 nəfərin telefonun yenidən bərpa olunması, 3 nəfərin internetin işləməməsi, 1 nəfərin internetin modemi ilə bağlı istəkləri müsbət həllini tapıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinəmüraciət etmiş 2 nəfərin kanalizasiya xəttindəki qəza, 3 nəfərin su xəttindəki qəza, 2 nəfərin suvarma suyu ilə təmin olunma barədə istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 2 nəfər vətəndaşın işlə təmin olunma, 2 nəfər vətəndaşın arayışla bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Elektrik Şəbəkəsindəhəftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın kartdakı bərpa, 2 nəfər vətəndaşın kartın oxunmaması, 2 nəfər vətəndaşın kartdakı əməliyyatla bağlı müraciətləri müsbət həll olunub. 1 nəfər vətəndaşın borcun araşdırılması ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.




Facebook-da paylaş


{sape_links}