Hər bir Azərbaycan vətəndaşı öz polisi ilə fəxr edir
“Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır! Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.
Qürurverici olan odur ki, Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi dəyərli sözləri bu gün hər bir Azərbaycan polisi öz xidməti vəzifəsini yüksək səviyyədə yerinə yetirməklə, göstərdikləri əməli işlərlə doğruldur. Ünvanlarına səslənən fikirləri dövlətinin yanında olmaqla, xalqının, vətəndaşının çətin anlarında onlara kömək etməklə, dəstək göstərməklə təsdiqləyir.
Son illər Qazaxda baş vermiş təbii fəlakətlər zamanı polis əməkdaşlarının vətəndaşların yanında olmasının hər bir qazaxlı şahidi olub.
İstər 2022-ci ilin 24 aprelində Ağstafaçay sağ sahil magistral su kanalında baş vermiş çökmə nəticəsində kanalın yaxınlığında yerləşən Qarapapaq kəndində bir neçə evə ziyan dəyməsi zamanı sakinlərin təxliyyə olunmasında, istər 2024-cü ilin 25-26 may tarixlərində yağan güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin artması və daşqın nəticəsində, eləcə də iyunun 20-də Qazax rayonunda güclü küləkli hava şəraitinin törətdiyi ciddi fəsadların aradan qaldırılması zamanı polis əməkdaşları Qazax sakinlərinin yanında oldu.
Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəsinin polisi təkcə onun təhlükəsizliyini qorumur, eyni zamanda, çətində, darda olanda yanında olmağı özünün həyat amalı bilir. Öz həyat və sağlamlığını təhlükəyə ataraq vətəndaşını xilas etməkdən, ona yardım əli uzatmaqdan bir an olsun belə çəkinmir.
Son bir neçə gündə ölkə ərazisində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşlarının gücləndirilmiş rejimdə işləməsi də söylədiklərimizin bariz nümunəsi oldu. 2025-ci ilin 16 aprel tarixində polis əməkdaşlarının Xaçmaz və Qusarda su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış vətəndaşların, xüsusilə uşaqların təxliyyəsinə yardım göstərməsi, paytaxtın Qaradağ rayonunda avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı su hövzəsinə düşməsi zamanı boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücünü xilas etməsi Azərbaycan polisinin peşəkarlığından, dövlətinə, xalqına, vətəndaşına olan sevgisindən, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsindən xəbər verdi.
Bu gün qazaxlı ziyalılar, rayon ictimaiyyəti Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis əməkdaşları ilə qürur duyur və bu nümunəvi xidmətlərinə görə minnətdarlıq edirlər.
2022-ci ilin 24 aprelində Ağstafaçay sağ sahil magistral su kanalında baş vermiş çökmə nəticəsində kanalın yaxınlığında yerləşən Qarapapaq kəndində bir neçə evə ziyan dəyməsi zamanı sakinlərin təxliyyə olunması
2024-cü ilin 20 iyun tarixində Qazax rayonunda güclü küləkli hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılarkən
2025-ci ilin 16 aprel tarixində polis əməkdaşlarının Xaçmaz və Qusarda su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış vətəndaşları təxliyyə edərkən
Qaradağ rayonunda avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı su hövzəsinə düşməsi zamanı köməksiz vəziyyətdə qalan sürücünün xilas edilməsi
Facebook-da paylaş