Qazax: Vaksinasiya davam edir
Respublika mətbuatı Qazax haqqında Dünyada tüğyan edən, çoxsaylı insan ölümünə səbəb
olan COVID-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üçün
İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışı
zamanı demişdir: "Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər
edilməsi səylərinin önündə gedir”. Respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da bu xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirilir. Rayonda insanlar arasında maarifləndirici tədbirlər aparılır, əhalinin kütləvi toplaşmalarının qarşısı alınır, tibbi maskalardan istifadəyə və məsafə saxlanmasına ciddi nəzarət olunur. Qazaxda peyvəndləmənin hazırki vəziyyəti barədə Qazax Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Sevda Məmmədova ilə söhbət zamanı bildirdi ki, vaksinasiyaya 20 yanvar 2021-ci il tarixdən start verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində peyvəndləmə
üçün 12 səyyar briqada yaradılmışdır. Həkim briqadasının hər birində təcrübəli həkim və tibb bacıları fəaliyyət göstərir. Hər gün səhər tezdən soyuq zəncir prinsipinə uyğun olaraq vaksinlər buz çantasına yerləşdirilir. Əlavə olaraq briqadalar şok əleyhinə bütün dərmanlarla təchiz olunaraq kənd həkim və tibb məntəqələrinə ezam olunurlar. Qazaxda insanlar könüllü olaraq peyvənd olunmaq üçün tibb məntəqələrinə müraciət edirlər. Tibb məntəqəsinə gəlməkdə çətinlik çəkən insanlar isə
evlərində vaksinasiya olunurlar. Hətta ahıl insanlar da peyvəndlənməyə maraqlıdırlar. Rayonun Kəmərli kənd sakinləri 114 yaşlı Səyalı Nəbiyeva, 109 yaşlı Leyli İsgəndərova, Daş Salahlı kənd sakini 105 yaşlı Lilpar Həsənova, Aşağı Əskipara kənd sakini 100
yaşlı HümbətAlıyevpeyvəndolunmuşlar. Qazaxda vaksinasiya uğurla davam etdirilir. Belə
ki, vaksinasiya prosesi başlayandan 3 may tarixinədək 40038 doza vaksin
vurulub. Birinci doza 23734 nəfərə, ikinci doza isə 16304 nəfərə vurulub. Qeyd: 05.05.2021-ci il tarixinə kimi vətəndaşlara 41
min 875 doza
vaksin vurulub. Birinci doza vaksin vurulmuş şəxslərin sayı 23 min 798 nəfər, ikinci doza
vaksin vurulmuş şəxslərin sayı isə 18 min 77 nəfərdir. Vəli
VƏLİYEV, "Respublika”
qəzetinin bölgə müxbiri 5
may 2021-ci il
Facebook-da paylaş