"Heydər Əliyev İli” çərçivəsində mədəniyyət müəssisələrində keçirilən silsilə tədbirlər davam edir
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən mədəniyyət müəssisələrində də silsilə tədbirlər keçirilir.
Yanvarın 14-də Qazax Tarix-Diyarşünaslıq Muzeyinin və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummillıi Lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarmızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək qeyd edib ki, 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev öz həyatını təhlükə altına alaraq Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük Liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.
Sonra M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova öz çıxışında Ümummili Lider Heydər Əliyevin 1990-cı ilin yanvarında Sovet imperiyasının törətdiyi cinayətlərin, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olduğunu qeyd edib.
Facebook-da paylaş