8 Noyabr - Zəfər Günü ilə əlaqədar “İftixar və qürur günü” başlıqlı tədbir keçirilib
Oktyabrın 28-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin şagirdlərinin iştirakı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “İftixar və qürur günü” başlıqlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə xalqımıza zəfər sevincini yaşadan, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları salamlayıb, qarşıdan gələn Zəfər Günü münasibətilə tədbirə toplaşanları təbrik edib. C.Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti ilə əldə etdiyimiz bu qələbə günü tariximizin ən şanlı səhifəsidir və biz bu günü hər zaman fəxrlə, qürurla qeyd edəcəyik. 27 sentyabr 2020-ci ildə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə boyu zonada törətdikləri genişmiqyaslı təxribatlarının və düşmənin döyüş aktivliyinin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ordumuzun başlatdığı sürətli əks-hücum əməliyyatları nəticəsində cəmi 44 günə 30 illik işğala son qoyuldu. Noyabrın 10-da saat 01:00-da Moskvada imzalanan müqaviləyə əsasən hərbi əməliyyatlar dayandırıldı. Ermənistan kapitulyasiya aktına imza atdı və özünün nəzarətində saxladığı Azərbaycan ərazilərindən çımağa məcbur oldu. Respublika Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Xalqımız öz Prezidenti ətrafında sıx birləşərək dütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır!.
Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Şəhla Bayramova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasəti sayəsində qüdrətli dövlətə çevrilən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərə imza atdı. Bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərimizə isə cansağlığı arzu edirik. Gənclərimizin yüksək səviyyədə yetişdirilməsi istiqamətində bu cür vətənpərvərlik mövzulu tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu söyləyib.
Məktəbin tarix müəllimi Aygün Musayeva tədbir iştirakçılarına xalqımızın düşmən üzərində çaldığı tarixi Zəfər haqqında geniş məlumat verərək qeyd edib ki, cəmi 44 günə Azərbaycan tarix yazdı. Xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və dövlət başçımızın qətiyyəti sayəsində qazandığımız bu Zəfər heç bir zaman unudulmayacaq, gələcək nəsillər bu günü qürurla, şərəflə qeyd edəcəkdir.
Tədbirdə şagirdlərdən Əsma Abbaszadə, Ayxan Bayramov, Sədaqət Umudova, Aysu Bəhramova, Tapdıq Tanrıverdiyev, Nihan Qədirova, Məhəmməd Quluyev, Fidan Həsənova, Nicat Abdalov, Zenfira Muradova, Nuray Qurbanlı, Aysu Vəliyeva, Günay Qurbanlı, Samirə Vəliyeva, Elmar Vəliyev, Həsən Sadıqov, Şəbnəm Abdullayeva, Aysu Əhmədli, Aysu Mustafayeva, Fatimə Həsənli, Jalə Vəliyevanın ifasında şeirlər səslənib, mahnılar oxunub, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş