• Təqvim

  • Maraq



18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası tarixi hadisədir” adlı tədbir keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası tarixi hadisədir” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər. 

Tədbir müstəqilliyimizin möhkəmlənməsi yolunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinə həsr edilmiş filmin nümayişi ilə başlayıb.


Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova Müstəqilliyin Bərpası Gününün tarixi haqqında şagirdlərə geniş məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il oktyabrın 15-də Milli Məclisin təsdiqlədiyi “Müstəqillik Günü haqqında” yeni Qanuna əsasən qeyd edilir. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Müstəqilliyimizin rəsmi tarixi 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası Ali Sovetinin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. 90-cı illərin əvvəllərində yeni bərpa edilən müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə xalqımız qətiyyətli iradə nümayiş etdirərək təkidlə öz böyük oğlunu, dahi xilaskarını tələb etdi. Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi və Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Xalqımız əsl dövlət müstəqilliyinə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyə başlamasından sonra qovuşdu. Ölkədə hökm sürən xaos, anarxiyanı sabitlik əvəz etdi, müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində yenidən quruldu. Bu müstəqilliyin əbədi və dönməz, sarsılmaz olması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə Ulu Öndərin əsasını qoyduğu müstəqilliyimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əbədidir, dönməzdir.

Sonra şagirdlərdən Aygün İsmayılova, Ləman Tanrıverdiyeva, Xanım Əliyeva, Aylin Abdullayeva müstəqilliyə həsr edilmiş şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş